Mənim şəhərim |
Böyük imamın dünyadan göz yummaq gününü baş sağlığı deyirik

Hörmətli yoldaşlar! Bu veblaqın filter olmasına görə
Bu gündən sonra bizim yeni adresimiz olur
gələjək o gün ki insanlar öz taylarını yemək üçün
dişlərini itiltməyəcəklər!!
Mənsizləmişəm
Bir göyərçin kimi dənsizləmişəm
Bülbüləm yazda çəmənsizləmişəm
əskidən şanlı şərəfli elidim
zalıma qarşı amansız selidim
zirvəsi çənli dumanlı belidim
indi müddətdi ki çənsizləmişəm
dərdimin yox adi ünvanı desəm
heyrətə daldırar insanı desəm
başqa bir sözlə bu mə'nanı desəm:
öz diarımda vətənsizləmişəm
dərd məni yandırır ama adı yox
odur ağzımda hayatın dadı yox
demirəm dərdlər içində adı yox
deyirəm mən belə mənsizləmişəm
ey mənim mənligim imdadıma yet
birjə gəl, mənlə govuş dadıma yet
məni bas bağrına fəryadıma yet
bilmisən ki necə sənsizləmişəm!
Sönməz
Qulam Hüsein Bəigcə xani, Təbriz tar məktəbinin başçısı ,1917-ci ildə Təbrizin "səncəran" məhəlləsində dünyayə göz açdı.
Atası "Hüsein qulu xan" azərbaycan adlın tar ustad larındanıdır. Qlam hüsein bəigcə xani 6 yaşında "tar" öyrənməsini ata yanında başladı, lakin 14 yaşında atasını əldən verdi.Ata ölümündən sonra, 2 ay atasının "Rza qulu zabuli azər" adlı bir öyrənjisinin yanında tar öyrənməsini davam etdi.
Sonra gecə gündüz çalışma və qramafon səyfələrini dinləmək əsərində üstadlığ dərəcəsinə yetdi.
əlbəttə sonralar 2 böyük ustad:"Mir əli əsgər sadiq ulvə'd" və "ustad İqbal azər"-in məhzərindən bəhrə apardı.
Ustad bəigcə xani deyir:"Mir əli əsgərdən sonra bir neçə müddət
İqbal azər-lə işlədim və bütün bugün bildigim rədiflər İqbql azərdan yadigardır.
Ustad bəigcə xanidən və ustad iqbaldan bir kasit "əfşarı" və " segah" dəstgahlarında zəbt olub ki İqbal 104 yaşında onu oxuyub. Ustadın 50 il müddətində bir vəfalı yoldaşı varıdı. Bu yoldaş Ustad"Mahmud fərnam"-dır.
Ustad bəigcə xani 1987-ci ilin 13 april-də gözünü bu dünyadan yumdu.
Allah ona rəhmət eiləsin...
Novruz - bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala – qışın qurtarmasına və baharın gəliminə həsr olunur.
Nizami özünün “İskəndərnamə” poemasında Nüşabənin İskəndəri məhz edən Novruz bayramında qonaq çağırmasıdan, tonqal qalamasından və stola cürbəcür nemətləri qoymasından bəxs edir.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. QədimVavilonada bu bayram Nisanın (mart, aprel) 21 gün qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcüd idi. Ilk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.
Islam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasına görkəmli maarifçilərdən Fürdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz Bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin “Siyasətnamə”sini, Ömər Xəyyamın “Novruznamə”sini və başqalarını qeyd etmək olar.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökümət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır və azərbaycan xalqı bunu çox təntənəmi və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin üçüncü günləri Su Çərşənbəsi, Odlu Çərşənbə, Torpaq Çərşənbə və Axır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbə od, üçüncü çərşənbə yer, dördüncü çərşənbə küləyin köməyilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür.
Çərşənbələrin içində ən vacibi axırıncı – axır çərşənbə axşamıdır və əsas qəziyyələr onda başlanır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, şirniyatlar: paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üxvünə şam, boyadılmış yumurta qoyulur. Stolda yeddi növ yemək olmalıdır. Həmin gün hamı öz evində olmalıdir, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.
Həmin qədim ənənərlə, oyunlarla zəngirdir. Ən yayılmışı xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından: nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərlər və sair istifadə olunur. Qədim ənənələrdən “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” – meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi, odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl axırıncı Çərşənbə yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullamaqla bərabər bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyulənə görə axırıncı Çərşənbə Gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətda ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərin təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: “Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi”. Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Şamaxı Adam Oleariy hələ 1637-ci ildə yazırdı: “Münəccim (astroloq) tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlühünü təyin edərək, gündüzlə gecənin bərabərlişdiyi anda elan etdi: “Təzə il gəldi” və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı.”
Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə yeddi növ xörək olmalıdır ki, adları da “S” hərifdən başlayır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa stola güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insana bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir. ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır.
Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan.” Bir qayda ilaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağınlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci günü – yaz, ikinci – yay, üçüncü – payız, dördüncü gün isə - qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı tə’yin olunurdu.
Novruz şən və sevimli bayramdır, xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.
O yoldaşlar ki Binab(Bonab/Binöv) şəhərindən fotograf(şəkil) isdəyirlər,bu ünvana Email göndərsinlər ta böyük və yazısız fotograf-lar,Binab və Binabın təbiatindən onlara göndərək. Bu şəkillər weblogda olan və ayrı şəkillər ola bilər:
MDM_Grp@yahoo.com
Anybody who wants photographs from Bonab city, can send an Email to the following address .these pictures contains web Site's recent pictures and other pictures you want! (High quality!) :
MDM_Grp@yahoo.com
دوستانی که مایل به دریافت عکس از شهر بناب (مناظر شهری و طبیعت) هستند می توانند به آدرس زیر پیام بفرستند . این عکس ها موارد موجود در وبلاگ و عکس های سفارشی شما را شامل می شوند:
MDM_Grp@yahoo.com
|
|
قیمت/price |
آدرس مشتری/Purchaser address |
تعداد/number | ||||||
|
|
|
|
1 | ||||||
|
|
|
|
5 - 10 | ||||||
|
|
|
|
10 - 15 |
Ev garanlıgdır. Pəncərələr bağlı.pərdələr pəncərələrin gabağını tutup. Pəncərə dalından bir kölgə görsənir.
- onlar məni öldürmək istəyirlər! Güdüllər ki mən eşikə çıxım sonra məni öldürüb var yoxumu götürüb getsinlər!
Uzağdan gələn yellər özlərilə boğulmış səslər gətirirlər.
-oları öldürcəyəm! Elə bu tüfənginən hamısın gülləliərəm!
Bilmirəm hardan məni tapıblar ... bəlkə istəyirlər məni tutub işgəncə versinlər ki onların yerini göstərim!! Yox! Göstərməm! Hamısı özümündü!
- hamısı özümündü! Gışgırıb dedi.
Səsini kəsib dinlədi... bogulmuş səslər evin dört bir yanında dolanıb uzağlaşırdilar.
-bəlkə biliblər?!...yox bilməzlər! Onu heç kimsə tanımırdı!
Diggətilə gulağ asdı...
-sizi-də öldurrəm!
Sizi-də öldurrəm ! gışgırıb dedi.
Javab verən olmadı. Yalnız bir əl gapıya döyürdü.
Gıçları titrəyirdilər.
-onlar bugün məni öldürəllər. Bilirəm. Onlar çoxdular. 10 nəfər! Yox! 50 nəfər! Öldürərlər məni!
əlindəki tüfəngə baxdi... görməz!! Dedi.
-Yalnız 5 güllə varımdır.
Boğulmuş səslər evin içində dolanırdılar . uzağdan gışgırılti səsi gəlirdi. Getdikcə səslər çoxalırdı. Gulağlarını tutdu. Ama səslər kəsilmədi. Oturub və başını gışlarının arasinda yerləşdirdi. Səslər kəsilmədi. Yel gapi arasından içəri girirdi
Ev başına fırlanırdır. Göz lərini yumdu. əllər gapını döyürdülər. Kölgələr gapı altından içəri girdilər səslər coxaldılar və kölgələr ona yaxınlaşmağ istəyirdilər.
Gışgırdı: Öldürərəm siziiiiiiiiiiiiiiiiiiiiiii
Ağac üstə olan garğalar güllə səsindan uçdular.
O evin gapısından daha heç kimsə eşikə çıxmadı yalnız pəncərənin dalına asılmış bir cırıx köynək görsənirdir
Yoldaşların çoxu məndən isdəmişdilər ki vətənimiz Azərbaican-dan və Babək-dən yazam. Baxmayarag ki mən bu veblagı sırf Binab üçün açmışam, atamız Babək-xürrəmi-dən bir yazı tapmışam ki təgdim elirəm. O yoldaşlardan ki azərbaican və onun gəhrəmanlarından şəkilləri var, istəyirəm ki onları mənə göndərsinlər. Təşəkkürlər..

Babək Xürrəmi (təqr. 795, başqa məlumata görə, 798-14.3.838) - Azərbaycanda milli-azadlıq hərəkatının (816-38) rəhbəri, görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi. Ərdəbil (Jənubi Azərbaycan) yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Bəzi müəlliflərə görə, adı Həsəndir.
Xürrəmilərə qoşulan Babək Javidanın ölümündən sonra Azərbaycan xalqının ərəb istilaçılarına və xilafətə qarşı azadlıq müharibəsinə başçılıq etmişdir.
Tanınmış ərəb sərkərdələri Babəkə qarşı müharibədə məğlub olmuşlar. Ərəb ordusunun 6 məşhur sərkərdəsi Babəkin dəstələri tərəfindən öldürülmüşdü. 830-cu ildə Babəkin qoşunlarının Həmədanı alması ilə Şərq torpaqlarının xilafətdən ayrılması təhlükəsi yarandı.
Ərəb tarixçisi Məsudinin (10-cu əsr) məlumatına görə, geniş vüsət almış Babək hərəkatı Abbasilər xilafəti üçün ciddi təhlükəyə çevrilmişdi. Xəlifə Məmun varisi Mütəsimə xürrəmilərə qarşı bütün qüvvələri səfərbərliyə almağı və müharibəyə daha tədbirli, daha qəddar bir sərkərdə göndərməyi vəsiyyət etmişdi.
Babək ərəb ordusunun Azərbaycandan çıxarılmasına nail olmaq məqsədilə 834 - 836-cı illərdə Bizans imperatoru Fefilə xiləfətə qarşı ittifaq bağlamağı təklif etmişdi. Babəkin ərəblərə qarşı Bizansla əvvəllər də müqavilə bağlaması məlumdur. 837-ci ildə imperator ərəblərə qarşı qoşun göndərdisə də bu, Azərbaycanda mübarizənin nəticəsinə əhəmiyyətli təsir göstərmədi.
Babək hərəkatının getdikcə güclənməsindən qorxuya düşən Mütəsim Bizans dövləti ilə sülh bağladı və xilafətin bütün hərbi qüvvələrini xürrəmilərə qarşı göndərdi. Babək hərəkatına qarşı əməliyyat aparan yaxşı silahlanmış xilafət ordusuna Bizansla müharibədə şöhrət qazanmış türk sərkərdəsi Afşin Heydər Kavus oğlu başçılıq edirdi.
Üsyançıların şiddətli müqavimətinə baxmayaraq, ərəb qoşunları 837-ci ildə Bəzz qalasını aldı. Babək kiçik bir dəstə ilə mühasirədən çıxıb Araz çayını keçərək Arrana gəldi. O, Bizansa gedib imperator Feofil ilə əlaqə yaradaraq yeni ordu toplamaq istəyirdi. Lakin Şəki (indiki Ermənistanın Sisiyan rayonunun ərazisində) hakimi erməni Səhl ibn Sumbatın xəyanəti nəticəsində ərəblər Babəki ələ keçirdilər. 838-ci il yanvarın 4-də Babək və qardaşı Abdulla Samirə şəhərinə aparıldı. Xəlifə Mütəsim Babəki işgəncə ilə edam etdirdi.
Babəkin başçılıq etdiyi azadlıq müharibəsi xilafəti zəiflətdi və onun parçalanmasını sürətləndirdi.
Binab şəhəri çox əski zamanlardan galmış bir şəhərdir və elə buna gürədə bu şəhərin adının Fars dilə olmağı insanda şübhə yaradır .Çünki bu şəhərdə 3000 il öncə zamanlardan galmiş əsərlər tapılıp və o əsrdə bu yerlərdə Sumer adlı bir insanlar yaşayırdılar ki bugün .. lər məlum eləyibdilər ki Sumerlər indiki Türklərin əjdadlarıdılar. Bəs bu şəhərin adı gərək türk dilində bir məna versin.
Binab türk dilində heç mənası yoxdu çünki iranda RizaŞah asrində İran şəhərlərinin adlarını çevirib və onlara farsı adlar yaraşdırırdılar. Məsələn Miandab-ın əsl adı Goşaçay-dır ya Miana-nın əsl adı MAYANA-dır .
Binabında adının çevirilməyində şübhə yoxdur.
RizaŞah zamanında şəhərlərə elə adlar yaraşdırırdılar ki onların əsil adlarına yaxın olsun və belə deyilsin ki bunların əsil adları farcə dir və sonra türk dili gələndən sonra bu adlar dəyişilib və indiki surətlə deyilir.
Nəzərə gəlir ki Binabın aski adi BİNÖV dür ki türk dilində məna verir. Bin=1000 və Öv=ev . Binabda Ev-ə öv deyirlər. Pəs Binöv-ün mənası olur 1000 ev ki o zaman binab-da 1000 ev varımış ki bu adı deyiblər.
Indi belə deyilir ki Binab fars dilində Bon və Ab kəlməsindən düzəlib ki onun mənası olur bir yer ki su üstündə gorulub!
Binab şəhəri iran azərbaijanın şəhərlərindəndir ki şərgi azərbaijanın guzeyində yerləşib və şərgi azərbaijan şəhərlərinin arasında ən kiçik şəhərdir. Bu şəhər gün batan tərəfdən Urmia dənizinə və guzeydən Əcəbşir şəhərinə və günçıxandan marağa şəhərinə və güneydən Goşaçay(miandab) şəhərinə məhdud olur.
Bu şəhərdə əski zamanlardan bir çox əsərlər galır ki bu şəhərin çox əski zamanlardan galmağını göstərir. Binab şəhəri güney,günçıxan və guzey tərəfindən alçax bir dağlara və günbatan tərəfindən Urmia dənizinə məhdud olmağa görə mötədil bir havası var.
Indisə binabda 125000 nəfər-dən çox İnsan yaşayır .
Binabın tarixi əsərləri bular olur:
Səvər kəndi, Goyunlar və Çaxmağlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Gara Təpəsi, Gəzöviş Gara Təpəsi, GaraKüllük təpəsi, Gurug təpəsi, pus təpəsi, süpigan yer altındaki köhüllər, Zuvara Gəbirləri, İskəndər galası, Gızlar galası, garga dərəsi,...
Beş gözlü körpü, Meydan Məsjidi, Mehrava məsjidi, Zərgərlər məsjidi, İsmayıl bəy masjidi, Göy məçid, Həji Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Haj Əli bəzzaz evi,...
Binabın Kəbabı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümi dünyada ən yaxşı üzümdür və habelə binab xiarı iranda tanınmışdır.
Yesən dünyanın nazi nemətin
Verməz binab kəbabının ləzzətin!
İndilikdə binabda olan Yuniversitə(kalej)lər bulardılar:
Azad islamic university, Payam e noor university(PNU), Enginering state university(Tabriz university), Power state university, Sahand University,IT university.
Nuclear energi researching senter,
"Sahand Of Bonab" PowerStation,
Bonab stadium,
ValiAsr religious School,…
Binabda olan fabrikaların sayı, 100-dən artıx olub və onların adlarını burda yazmağ istəmirəm.
Binab kəndlərində yaşayanlar əkinçiliklə məaş edirlər
Və beləliklə binab sənaty və tarixy bir şəhər sayılır və sənət baxışından, Təbriz-dən sonradır.
|
|
POWERED BY BLOGFA.COM |
|